Haqqımızda

Haqqımızda

“Novamatic” şirkəti fərqli binalar və məqsədlər üçün istənilən növ liftlərin, eskalatorların, travolatorların satışı, quraşdırılması, texniki xidməti və modernizasiyası ilə məşğuldur.
“Novamatic”, Çində fəaliyyət göstərən “SIGMA”, “EXPRESS Elevator”, “XIZI OTİS” (Çin), “MP Lifts” (Avropa) və Türkiyədə fəaliyyət göstərən “THİSA”, “VESNA” şirkətlərinin Azərbaycandakı rəsmi distributorudur.

Liftlərə aylıq texniki xidmət göstərilməsi avadanlığın istismar müddətini əhəmiyyətli dərəcədə artırır və təhlükəsiz işləməsini təmin edir. Bu səbəb ilə “Novamatic” şirkəti liftlərin aylıq texniki xidməti ilə bağlı uzunmüddətli müqavilə təklif edir. Belə ki, şirkətin mütəxəssisləri aylıq olaraq liftlərə  baxış keçirib nasasızlıqları aradan qaldıracaq, gələcəkdə yarana biləcək başqa nasasızlar üçün önləyici tədbir görəcəklər. Mütəxəssislərimiz həmçinin bütün növ liftlərin kompleks təmirini həyata keçirir. Görülən bütün işlərə tərəfimizdən rəsmi zəmanət verilir. Zəmanətin müddəti liftdən və görülən işdən asılı olaraq dəyişir. “Novamatic” şirkəti bütün lift markalarının təmiri və servisi xidmətini təklif edir.

 

Niyə Biz?

• hər layihəyə individual yanaşma

• mütəxəssislərdən ibarət təcrübəli komanda

• beynəlxalq standartlar əsasında fəaliyyət

• bütün mərhələlərdə texniki dəstək və konsultasiya

• istənilən zövqə uyğun geniş seçim

• təhlükəsizlik, keyfiyyət, peşəkarlıq

“Novamatic” şirkəti lift sifarişində sifarişçinin istəyinə uyğun olaraq materialları və aksesuarları (kabin, qapılar, tavan, döşəmə, sürahi, işıqlandırma sistemi, idarəetmə paneli, çağırış paneli və s.) istədiyi rəngdə və dizaynda seçmə imkanı təqdim edir. İstəyə uyğun olaraq kabinlər əlavə funksiyalarla təchiz edilə bilər: video nəzarət, giriş məhdudlaşdırma cihazı (mexaniki və ya elektron açar), kondisioner və s. Təklif edilən liftlər EN 81-20, EN 81-50, ISO 9001:2008 Avropa standartları  əsasında  istehsal  olunur.

 

 

Abunə ol

Xəbərlərimizdən xəbərdar olmaq istəyirsiniz? Sadəcə qeydiyyatdan keçin və sizə e-poçtla bildiriş göndərəcəyik.